Menu

YOLUXMA VƏ ÖLÜM SAYI AÇIQLANDI - Son statistika

16.03.2022, 18:35
YOLUXMA VƏ ÖLÜM SAYI AÇIQLANDI - Son statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 077 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 987 nəfər müalicə olunaraq sağalıb, 9 633 nəfər vəfat edib. 1 457 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 337, bu günə qədər isə ümumilikdə 6 646 110 test icra olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol