Menu

HAAQA MƏHKƏMƏSİ RUSİYANIN ƏLEYHİNƏ QƏRAR VERDİ - Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələb olundu

16.03.2022, 20:03
HAAQA MƏHKƏMƏSİ RUSİYANIN ƏLEYHİNƏ QƏRAR VERDİ - Ukraynadakı hərbi əməliyyatların dərhal dayandırılması tələb olundu

BMT-nin ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağı tələb edib.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Haaqa məhkəməsinin bu gün elan etdiyi qərarda deyilir.

Məhkəmə qərara alıb ki, Rusiya Ukraynadakı bütün hərbi əməliyyatlarını dayandırmalı, həmçinin silahlı birləşmələrin əməliyyatları davam etdirmək cəhdləri etməməsinə təminat verməlidir.

Məhkəmə, həmçinin hər iki ölkəni vəziyyəti daha da gərginləşdirə biləcək hər cür hərəkətdən çəkinməyə çağırıb.

Şərhlər

B.Qarabağlı 2022-03-16 23:16:03

Bəs, Haaqa Məhkəməsi Azərbaycanı soyqırım terroru ilə zəbt edib, 30 il hərbi işğal cinayətlərinə görə Ermənistana qarşı hansı qətnaməni qəbul edib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol