Menu

Azərbaycan nefti 2 dollar 23 sent ucuzlaşdı

03.11.2014, 12:37

stock-photo-azeri-light-crude-oil-benchmark-200824211Dünya birjalarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 0,58 dollar ucuzlaşaraq 80,54 dollar, Londonun İCE birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,38 dollar azalaraq 85,86 dollar olub.

Dövlət Neft Şirkətindən AzərTAc-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 2,23 dollar ucuzlaşaraq 86,61 dollar təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol