Menu

Azərbaycanlı Ukraynada rus tankını qənimət götürdü - FOTO

18.03.2022, 11:43
Azərbaycanlı Ukraynada rus tankını qənimət götürdü - FOTO

Soydaşımız Ukraynada gedən döyüşlərdə bir tankı qənimət götürüb. Bu barədə Lent.az məlumat verib.

Bildirilib ki, Ukraynada gedən döyüşlərdə vətəndaşları olduqları bu ölkənin ordusunun tərkibində azərbaycanlılar da döyüşür. Onların arasında hətta şəhid olanlar, yaralananlar da var. 

Azərbaycanlıların da ukraynalılar kimi vətəndaşı olduqları ölkənin müdafiəsində qəhrəmanlıqlar göstərdiyi barədə xəbərlər gəlir.

Onlardan biri də Rövşəndir. Onun soyadını dəqiqləşdirmək mümkün olmasa da əslən Bakıdan olduğu qeyd edilib. Rövşən Zaporojye vilayətində gedən döyüşlərdə bir ədəd tank qənimət götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol