Menu

"Orqanizmimizin hansısa böhrana hazırlıq səviyyəsi ürəkaçan deyil" - AQTA-nın Aparat rəhbəri

18.03.2022, 18:27
"Orqanizmimizin hansısa böhrana hazırlıq səviyyəsi ürəkaçan deyil" - AQTA-nın Aparat rəhbəri

“Son dövlər insanlar arasında müəyyən xəstəliklərin yayılması halları artıb. Xüsusilə də pandemiya dövründə gördük ki, orqanizmimizin hansısa böhrana hazırlıq səviyyəsi ürəkaçan deyil”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, əsas səbəblərdən biri də sağlam olmayan qidalanmadır: “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində bununla bağlı mexanizmlər nəzərdə tutulub. Əhali əvvəldən necə sağlam qidalanmalı olduğunu bilərək orqanizmdə vitamin və mineralların balanslı şəkildə olmasını təmin edə biləcək. Bununla da vətəndaşların sağlam qidalanması və sağlam nəslin formalaşması üçün zəmin yaranacaq”.

Şərhlər

Vətəndaş E.Mikayılova 2022-03-18 23:47:00

Diqqət və səmimi çıxışınıza görə təşəkkürlər! Bütün insanlara və təbiətə mümkün qədər elə çatışmayan təbiilik gərəkdir!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol