Bakıda təkrar mənzil bazarında qiymətlər ucuzlaşmaqda davam edir. "MBA Consulting Group” Şirkətindən Qaynarinfo-ya verilən məlumata görə, fevral ayında təkrar mənzil bazarında qiymətlər 2,29 faiz ucuzlaşıb.
Şirkətin direktoru Nüsrət İbrahimov bildirib ki, köhnə binalarda mənzillərə maraq getdikcə azalmaqdadır.
"Köhnə binalarda mənzillərin satışı problemə çevrilib. Ona görə də köhnə binalarda mənzillərin qiyməti üç aydır ki, ardıcıl olaraq ucuzlaşır. Qiymət ucuzlaşmasının nə zaman dayanacağını zaman göstərəcək.
Artıq 70-ci illərə qədər tikilən mənzillərə ipoteka krediti də vermirlər. Vaxt var idi ki, "stalinka”lar ən bahalı mənzillər idi, bu gün isə həmin evlər satılmır və ya çox çətinliklə satılır. Bazara gələnlər ancaq yeni tikilən binalarda evlər axtarırlar. Ona görə də köhnə mənzillərə maraq azalır və buna müvafiq olaraq da qiymətlər ucuzlaşır”, – deyə N.İbrahimov əlavə edib.


Şərhlər
Fundament bashlayir 1000-1500manatdan .gedirsen deyirler alinib amma hec birinin isigi yanmir sebeb rusvet goturen memurlar alanda mertebe mertebe alir.meselen icra hakimi,mustentiq,polis memuru.Bina.az da 660000manata ev satilirdi.Sonra melum olduki polis reisi ishleyib sual.o qeder pulu hardan alib dovlet iscisi 50000 manat alir mevacib? Sual versinlerde .Amma kasib toyuq ogurlayanda 5-10ish verirler
Təzə tikililərin hamısı yataqxana tiplidir. Bunlar 4 və beş bloklu binanı bir bloka sığışdırırlar. Köhnə evlər skvaznoy idi. Təzə novostroykalara hava girmir.
Təzə tikililər ucuz və keyfiyyətsiz materiallardan tikilir.İllərlə divarlar qurumur.Sünii materiallardan,sementin tərkibində ziyanlı yapışdırıcılardan istifadə olunur.Bu da çox ağır xəstəliklərin yaranmasına gətirib çıxarır.Köhnə binalar həm zəlzələyə davamlı,həm də sağlamlıq üçün ziyansızdır.Arakəsmə kərpicləri texnoloji cəhətdən uyğunsuz hazırlandığına görə zəlzələdə hər an sakinləırin üzərinə aşa bilər.
bir defe zelzele olsun gorecem o yeni tikilileri ).hansi yeni tikili var seherde .blokdan bir basa kiceye cixir hamisi.hecbirindede skvaznoy yoxdur.elebil toyuq hinidir
Kimlərsə dərin tarix qazıb-qaynatmağa çalışır, KİMlərsə mikroSəlistSərrast texnoloji ilə gələcəyi nizamlamağa çalışır? Onların sırasında alimlərlə yanaşı İMPERATORlar da var! Güc qərbdə, Düşüncə isə yenə də sayılmaz dərin tarixli şərqdədir!