Menu

Ukraynada 10 milyon insan qaçqın və köçkünə çevrilib

20.03.2022, 19:35
Ukraynada 10 milyon insan qaçqın və köçkünə çevrilib

Ukraynada ən azı 10 milyon insan evini tərk edib, ölkəni tərk edərək qaçqına, yaxud ölkə daxilində köçkünə çevrilib.

APA-nın xəbərinə görə, bu barədə bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “Tvitter”-də paylaşım edib.

Qeyd edilib ki, martın 19-dək Ukraynanı 3 389 044 insan tərk edib. Onlardan 2 050 392 nəfəri Polşaya, 527 247 nəfəri Rumıniyaya, 362 514 nəfəri Moldovaya, 305 518 nəfəri Macarıstana üz tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol