Menu

Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb - VİDEO

20.03.2022, 20:06
Hacıqabulda baş verən yol qəzasında polis əməkdaşı ölüb - VİDEO

Hadisə Hacıqabul-Horadiz magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

APA-nın məlumatına görə, qəza zamanı Şirvan polis şöbəsinin polis nəfəri Şirvan sakini, 1988-ci il təvəllüdlü Yəhyayev Saməddin Sadıx oğlu idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü ağır xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Seyid ƏNHU 2022-03-20 20:19:09

TƏKİ MİLLƏTİN BAŞI SAĞ OLSUN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol