Menu

Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin miqdarı açıqlanıb

03.11.2014, 13:50

azeri sulhmeramli orduAzərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna yığılan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 1-i tarixinə fondun manat hesabındakı vəsait 58 429 256 manat, ABŞ dolları ilə olan hesabındakı vəsait 211 791 dollar, avro hesabındakı vəsait isə 593 avro təşkil edib. Artım Azərbaycan manatı ilə olan hesabda olub. Ümumilikdə fondun vəsaiti 74 491 458 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol