Menu

Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

21.03.2022, 00:24
Andrey Paliyin Ukraynada öldürüldüyü təsdiqləndi

Qara dəniz donanmasının komandan müavini, Rusiyanın 1-ci dərəcəli kapitanı Andrey Paliy Ukraynada öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Sevastopolun senatoru Yekaterina Altabayeva təsdiqləyib. O bildirib ki, A. Paliy Mariupolda gedən ağır döyüşlər zamanı öldürülüb.

Qeyd edək ki, Andrey Paliy Rusiya Dəniz Donanmasının tanınmış hərbçilərindən olub. O, Rusiyanın 2008-ci ildə Gürcüstanda apardığı müharibədə də iştirak edib.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri A. Paliyin öldürülməsi haqda məlumat yaysa da, Rusiya tərəfi xəbəri təsdiqləməmişdi.

Şərhlər

X 2022-03-21 07:18:59

Elleriniz derd gormesin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol