Menu

Ukrayna ordusu bir yaşayış məntəqəsini azad edib

22.03.2022, 09:19
Ukrayna ordusu bir yaşayış məntəqəsini azad edib

Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.

“Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər - texnika, silah və sənədləri ələ keçiriblər”, - o deyib.

Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

Rusiya ordusunun itkiləri hələ dəqiqləşdirilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol