Menu

"İndiyədək 105 Rusiya təyyarəsi vurulub" - Ukrayna Prezidentinin Ofisi

23.03.2022, 16:54
"İndiyədək 105 Rusiya təyyarəsi vurulub" - Ukrayna Prezidentinin Ofisi

“İndiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub. Onlardan 6-sı son sutkada məhv edilib”.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

“Həmçinin gün ərzində qarşı tərəfin 5 PUA-sı, 5 qanadlı raketi vurulub. Düşmənin məhv edilən hərbi təyyarələrinin sayı isə 100-ü keçib”,- o bildirib.

O vurğulayıb ki, ruslar dinc şəhərləri bombalamaq istəyirdilər, lakin bu, onlar üçün məğlubiyyətlə başa çatdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol