Menu

“Ukrayna 2014-cü ildən NATO-dan peyk görüntülərini alır” - “Roskosmos” rəhbəri

23.03.2022, 18:53
“Ukrayna 2014-cü ildən NATO-dan peyk görüntülərini alır” - “Roskosmos” rəhbəri

"Ukrayna 2014-cü ildən NATO-dan peyk görüntülərini alır".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu “Roskosmos”un baş direktoru Dmitri Roqozin öz Telegram kanalında yazıb:

“Cənablar, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 2014-cü ilin yazın sonundan o cümlədən ABŞ və Avropa İttifaqı daxil olmaqla NATO-ya üzv ölkələrdən Yerin məsafədən zondlanmasının orbital qruplaşması üçün lazım olan bütün peyk dəstəyini alır”, - deyə Roqozin bildirib.

Qeyd edək ki, Bloomberg xəbər agentliyi mənbələrə istinadən Avropa İttifaqının Kiyevlə məxfi məlumatların, o cümlədən peyk görüntülərinin verilməsinə dair sazişi təsdiqlədiyi barədə xəbər yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol