Menu

“Hamıdan müharibəyə müqavimət göstərməyi xahiş edirəm” - Zelenski

24.03.2022, 09:56
“Hamıdan müharibəyə müqavimət göstərməyi xahiş edirəm” - Zelenski

“Hamımız Rusiyanı dayandırmalıyıq. Dünya müharibəni dayandırmalıdır. Ukraynanı müdafiə edən, azadlığı müdafiə edən hər kəsə minnətdaram”.

“Report” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski xalqa və dünya ölkələrinə son müraciətində deyib.

“Amma müharibə davam edir. Dinc insanlara qarşı terror davam edir. Artıq bir ay keçdi! Bu, çoxdan oldu! Bu, mənim, bütün ukraynalıların və yer üzündəki hər bir azad insanın ürəyini parçalayır. Ona görə də sizdən müharibəyə müqavimət göstərməyinizi xahiş edirəm”, - Ukrayna lideri deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol