“Ermənistan Azərbaycanla sülh sazişi imzalamaq üçün tezliklə danışıqlara başlamalıdır”.
“Report” xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
O qeyd edib ki, dünyada və regionda vəziyyət gərgindir: “Biz də bu gərginliyi azaltmaq və təməl həll variantlarını axtarıb tapmağa görə məsuliyyət daşıyırıq. Fikrimizcə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”.
Baş nazir söyləyib ki, iki ölkə sərhədlərinin delimitasiyası və demarkasiyası istiqamətində də işlər sürətləndirilməlidir.


Şərhlər
rusiya parçalanıb dağılmasa sülh mümkün deyil. Vəfa Quluzadə.
Nəhayət ki,ermənilər də anlayır ki, Rusiya çökur. Nə qədər ki, çökməyib, onun gucundən istifadə edib Azərbaycanla duşmənçiliyi aradan qaldıraq, yoxsa, atamıza od vurarlar.Alternativ Zəngəzur dəhlizinin İranla razılaşmasından sonra,Ermənistanın özunun mövcudluğunun Azərbaycandan və Turkiyədən asılı olduğunu anlayıblar.
Axaaaa, jim jim?
Putin hakimiyyəti buna imkan verməyəcək.