Menu

Volodimir Zelenski NATO ölkələrinə xəbərdarlıq edib - “Rusiya dayanmayacaq"

24.03.2022, 16:53
Volodimir Zelenski NATO ölkələrinə xəbərdarlıq edib - “Rusiya dayanmayacaq"

“Biz ancaq xalqımızı xilas etmək istəyirik”.

“Report”un xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün Belçikanın paytaxtı Brüsseldə keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.

O bildirib ki, Rusiya Ukraynada dayanmaq niyyətində deyil: “Əminəm ki, siz artıq bunu başa düşürsünüz. Kreml daha da irəli getmək niyyətindədir. Tank, təyyarə və hava hücumundan müdafiə sistemlərinin bizim üçün əlçatan olması həm bizim, həm də sizin təhlükəsizliyiniz üçün önəmlidir”.

Dövlət başçısı, həmçinin Ukraynanın NATO-ya üzvlüyündən danışıb: “Daha bizə deməyin ki, sizin ordunuz NATO standartlarına uyğun deyil. Biz standartlarımızın nəyə qadir olduğunu artıq göstərmişik”.

Şərhlər

Eli 2022-03-24 18:37:16

Bu gün reallıq ve mentiq ondan ibaretdir ki ne ABŞ ,ne Qerb ölkeleri ,, ne de NATO müharibenin daysndırımasını istemir ,Zelenskiden başqa.Çünki bir nefer demir ki müharibe dayanmaludır,hamı deyir ki Ukraynaya destek veririk , kömek edeceyik ve onun yanındayıq.Ukrayna dağılsın 3 milliondan artıq qsçqın ne qeder ölümler olsun kiminsr vecine deyil ve çıx böyük dünyz nizamını deyişecek böyük bir Siyasi Oyun gedir.Allah axırını xeyir elesin.Dünyanın taleyi bir НКВД tör töküntüsünün şddialarından asıludur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol