“Rusiya Ukraynada kimyəvi silahdan istifadə edərsə ABŞ cavab verəcək”.
APA komersant qəzetinə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, cavab Rusiyanın bu silah növündən istifadəsinin miqyasından asılı olacaq.
“İstifadə etsə, cavab verəcəyik. Cavab bu silahların hansı miqyasda istifadəsindən asılı olacaq”, - deyə Prezident Brüsseldə mətbuat konfransında bildirib.
“The New York Times” qəzetinin yazdığına görə, ABŞ “Tiger” adlı xüsusi qrup yaradıb. Vaşinqton bu qurup sayəsində Moskvanın nüvə, bioloji və ya kimyəvi silahlardan istifadəsinə cavab verəcək.


Şərhlər
Bu “qoca Qurd” u Ukrayna ,ukraynalılar yox,Putin ve Rusiyyanın bir dövlet kimi mehvi maraqlandırır.Müharibe başlayandan bu bir defe de olsun dayanın demeyib ,ancaq Ukraynaya Senin yanındayıq deyib ve zamanında lazımı kömeyi etmeyib .Dunyanı Rusya mehv olmalıdır meselesi maraqlandırır.Ukraynanın taleyi sonranın işidir.
Bu sözlərdən sonra, putlerin komandasından bir nəfər belə nüvə kəlməsini qələt edib ağzına alar. SLAVA UKRAİNE.