Menu

Rusiya müharibəni bu tarixdə bitirməyi planlaşdırır - Ukrayna kəşfiyyatının iddiası

25.03.2022, 17:28
Rusiya müharibəni bu tarixdə bitirməyi planlaşdırır - Ukrayna kəşfiyyatının iddiası

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Ukrayna kəşfiyyatından müharibənin yekunlaşacağı tarixlə bağlı maraqlı bir iddia ortaya atılıb.

“AzPolitika.info” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadla xəbər verir ki, məlumatı verən mənbənin fikrincə, Rusiya 9 may tarixində Ukraynadakı işğalı bitirməyi planlaşdırır.

Məlumatda qeyd olunur ki, Rusiyanın məqsədi Sovet İttifaqının 77 il əvvəl Almaniya üzərində qazandığı qələbə ilə eyni gündə, yəni mayın 9-da Ukraynadakı müharibəni dayandırmaq və bu günü Rusiya tarixi üçün daha da anlamlı etməkdir.

9 may – faşizm üzərində Qələbə günü Rusiyada böyük təmtəraqla keçirilən bayramlardan biridir. Həmin gün Rusiyada bütün məktəblər və şirkətlər bağlanır, ölkənin dörd bir yanında bayram tədbirləri keçirilir. Putin özü də hər il bu bayram tədbirndə iştirak edir.

Qeyd edək ki,Vladimir Putinin bu müharibəni “Ukraynanın nasistlərdən təmizləməsi” kimi təqdim etməsi də olduqca maraqlı bir faktdır.

“AzPolitika.info”

Şərhlər

Eli 2022-03-25 17:36:41

Böyük ehtimalla Putinin arzusu üreyinde qalar,yox egerede bilse SSRİ- nin berpası artıq reallsşa biler , buna ise dunyada heç bir ölke razı oka bilmez.Nezeri cehetden vu mümkün deyil, heç faktiki cehetden de bu baş tutmayacaq,onda gerek dünya dağılsın.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol