Menu

Makron qazın dəyərinin rublla ödənilməsinə qarşı çıxıb

26.03.2022, 10:15
Makron qazın dəyərinin rublla ödənilməsinə qarşı çıxıb

Fransa Prezidenti Emmanuel Makron Rusiyadan idxal edilən qazın dəyərinin dollarla ödənilməsinə qarşı çıxıb.

APA-nın xəbərinə görə, Fransa lideri bildirib ki, bu yanaşma müqaviləyə ziddir.

“Rusiya qazının dəyəri müqavilədə göstərilmiş valyuta ilə ödənilməlidir. Söhbət avrodan gedir” – deyə Makron qeyd edib.

Dövlət başçısı eyni zamanda təbii qazın qiymətinin aşağı salınmasınında prioritet olduğunu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol