QANUNSUZ ERMƏNİ SİLAHLILARI GERİ ÇƏKİLMƏYƏ MƏCBUR EDİLİB - Müdafiə Nazirliyi məlumat yaydı
Baxiş sayı:
1983
Dərc olunub:
26/03/2022 - 11:52
Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Bu barəd Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.
Baş vermiş insident barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri sırasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.