Menu

Biləsuvarda avtomobildən 2 kq-dan artıq narkotik vasitə tapılıb

26.03.2022, 12:29
Biləsuvarda avtomobildən 2 kq-dan artıq narkotik vasitə tapılıb

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən edilib.

Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova və xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin, avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol