Menu

Lvovda neft anbarı yandırıldı

27.03.2022, 01:14
Lvovda neft anbarı yandırıldı

Lvovun atəşə tutulması nəticəsində rus qüvvələri zavoda və neft anbarına hücum ediblər. Bu barədə Lvov Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski brifinq zamanı bildirib.

"Bu gün kritik infrastruktur obyektlərinə iki zərbə vuruldu. Onlardan biri Lvovun özündə yaşayış massivindəki neft anbarına düşüb. İkincisi isə müdafiə strukturu obyektinə, o da yaşayış massivində yerləşən zavoda dəyib", - Kozitski deyib.

Onun sözlərinə görə, hər iki obyektə dəyən zərbə nəticəsində güclü yanğın başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol