Menu

Burak Elmasa etimad göstərilməyib, “Qalatasaray”da seçki keçiriləcək

27.03.2022, 10:27
Burak Elmasa etimad göstərilməyib, “Qalatasaray”da seçki keçiriləcək

İstanbulun “Qalatasaray” klubu prezident və idarəetmə strukturlarının yenidən formalaşdırılması üçün seçkilərə gedəcək.

APA-nın xəbərinə görə, İdarə Heyətinin toplantısında klubun prezidenti Burak Elmasın 2021-ci il ərzində fəaliyyəti məqbul sayılmayıb.

Buna görə də yenidən seçki keçirilməli, prezident və İdarə Heyətinin üzvləri seçilməlidir.

Yeni seçkilərin keçiriləcəyi tarix, Burak Elmasın yenidən prezidentliyə namizəd olub-olmayacağı hələ ki, məlum deyil.

Şərhlər

Fanat 2022-03-27 17:38:58

Burak vaxtında penaltı vuruşun özü yox Elmasa etibar eləsəydi indi bu Burak Elması yenidən secərdilər!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol