Menu

Dünyada rifah indeksi - Azərbaycan 79-cudur

03.11.2014, 16:22
Dünyada rifah indeksi - Azərbaycan 79-cudur

Londonda qəralaşan Legatum institutu ənənəvi illik rifah indeksini hazırlayıb.

2014 Rifah İndeksində Azərbaycan 142 ölkə arasında  79-cu yeri tutub.

Hər bir ölkə üzrə rifah indeksi  8 sahə üzrə vəziyyətə qiymət əsasında müəyyən olunur. Bunlar iqtisadiyyat, səhiyyə, təhsil, biznes və buna şərait,  idarəçilik, şəxsi azadlıq, təhlükəsizlik , sosial kapitaldır.

Azərbaycan iqtisadiyyatına görə dünyada 65-ci, biznes və buna şəraitə görə 67-ci, idarəçilikdə 105-ci, təhsildə 83-cü,  səhiyyədə 89-cu, təhlükəsizlikdə 75-ci, şəxsi azadlıqda 102-ci, Sosial kapitalda, durumda 77-cidir.

Rifah İndeksində dünya üzrə birinci yerdə isə Norveçdir. Sonrakı yerlərdə İsveçrə, Yeni Zelandiya, Danimarka, Kanada, İsveç, Avstraliya, Finlyandiya, Niderland və ABŞ gəlir.

Azərbaycanın qonşularından Rifah İndeksində Rusiya 68-ci, Gürcüstan 80-ci, Ermənistan 95-ci, İran 107-ci  yerdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol