Menu

Azərbaycanın “Əmək” ordenli mükafatçısı vəfat edib

27.03.2022, 12:26
Azərbaycanın “Əmək” ordenli mükafatçısı vəfat edib

Azərbaycanın tanınmış inşaatçısı, “Əmək” ordeni və “Tərəqqi” medalına laqyiqli görülmüş, beynəlxalq “Sokrat” mükafatı laureatı Şakir Həsənov vəfat edib. "Report" xəbər verir ki, o, 75 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, mərhum Şakir Həsənov 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində anadan olub.

İxtisasca inşaatçı olan Ş.Həsənov fəaliyyətini elə bu sahədə də davam etdirib.

O, ölkə ərazisində bir sıra dövlət əhəmiyyətli obyektlərin tikinti işlərinə rəhbərlik edib.

1990-1995-ci illərdə isə Sumqayıt şəhər Sovetinin deputatı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol