Menu

“F-16 təyyarələri ilə bağlı son danışıqlarımız konstruktiv mühitdə keçib” - Akar

27.03.2022, 20:50
“F-16 təyyarələri ilə bağlı son danışıqlarımız konstruktiv mühitdə keçib” - Akar

Türkiyə və Amerika Birləşmiş Ştatları arasında “F-16” qırıcılarının Türkiyəyə təhfil verilməsinə dair danışıqların növbəti raundu baş tutub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, danışıqlar son dərəcə müsbət və konstruktiv mühitdə keçib. Akarın sözlərinə görə, ABŞ Müdafiə Nazirliyinin rəsmiləri qısa zamanda bu məsələni təsdiq üçün Konqresə təqdim edəcəklər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol