Menu

İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb

27.03.2022, 21:35
İstanbuldan Moskvaya uçan sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb

"Türk Hava Yolları" (THY) aviaşirkətinin İstanbul-Moskva reysini yerinə yetirən sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Bu barədə “Report” “Haber Global”a istinadla xəbər verir.

Qeyd edilir ki, İstanbul hava limanındakı təyyarədə axtarışlar aparılarkən xəbərin əsassız olduğu üzə çıxıb.

Məlumata görə, Moskva-İstanbul reysini həyata keçirməyə hazırlaşan TK-415 uçuş nömrəli TC-JND qeydiyyatlı təyyarəyə havaya qalxmazdan əvvəl bomba xəbərdarlığı edilib. Bu səbəbdən təyyarə dayanacaq yerinə aparılıb və polis təyyarədə axtarış aparıb. Məlumatın əsassız olduğu müəyyənləşdirilib.

Qeyd edilir ki, son zamanlar Moskvaya uçan "Air Serbia" və "THY" təyyarələrinə bomba təhdidləri artıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol