Menu

NAZİR ORDUNU DÖYÜŞƏ HAZIR VƏZİYYƏTDƏ SAXLAMAĞI TAPŞIRDI

28.03.2022, 12:17
NAZİR ORDUNU DÖYÜŞƏ HAZIR VƏZİYYƏTDƏ SAXLAMAĞI TAPŞIRDI

Müdafiə naziri general-polkovnik Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Bu barədə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə bildirilib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol