Bütün hallarda, o cümlədən təhlükəsizlik məsələləri də daxil olmaqla, Rusiya ilə ABŞ arasında dialoqa ehtiyac var, bu, hər iki ölkənin, eləcə də bütün dünyanın maraqlarına cavab verir.
APA-nın Moskva müxbiri xəbər verir, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Rusiya ilə ABŞ arasında dialoq istənilən halda lazımdır, bu, təkcə iki ölkənin deyil, həm də bütün dünyanın maraqları üçün lazımdır. Bu və ya digər şəkildə, gec-tez biz stabillik, təhlükəsizlik və sair məsələlər, yəni yalnız bizim müzakirə edə biləcəyimiz və etməli olduğumuz məsələlər barədə danışmalı olacağıq”, -Peskov vurğulayıb.


Şərhlər
Rusiya artıq başa düşüb ki,bu xına o xınadan deyil Putin getmeli Rusiya dayanmalı normsl ,sivil ölke kimi özünü aparmalıdır.Onun parçalanması ise labüddür Bunların cavabı verilmese bunlar hele çıx artıq hereketler edecekler.Bunkarın “ağıllıdı” Putin deyil Ukraynada şeherleri bombalayır,yer üzünden silir,meger bu cavabsız qalmaludur.Yox,Putin müharibe canisi kimi etrafı ile birlike cezasını almalıdır.