Menu

Avropanın bir sıra dövlətləri rus diplomatlarını arzuolunmaz hesab edib

29.03.2022, 18:49
Avropanın bir sıra dövlətləri rus diplomatlarını arzuolunmaz hesab edib

Niderland Rusiya nümayəndəliklərində diplomat kimi akkreditə olunmuş 17 nəfəri ölkədən çıxarır. "Report" xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir.

Nazirlikdən verilən məlumata görə, qovulmaya səbəb bu şəxslərin gizli şəkildə kəşfiyyat fəaliyyəti həyata keçirdiklərini göstərən hərbi kəşfiyyat və təhlükəsizlik xidmətlərindən alınan məlumatlar olub.

XİN əlavə edib ki, bu şəxslərin ölkədə olması arzuolunmaz hesab edilib və onların ölkədən çıxarılması milli təhlükəsizliyin qorunması tədbirləri kontekstində həyata keçirilir.

Bundan əvvəl Avropa İttifaqının bir sıra digər ölkələri, o cümlədən Çexiya, İrlandiya, Bolqarıstan, Latviya, Litva, Polşa, Slovakiya və Estoniya rusiyalı diplomatların ölkədən çıxarıldığını bəyan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol