Menu

Fərrux kəndi ərazisində qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb

29.03.2022, 21:21
Fərrux kəndi ərazisində qazıntı işləri zamanı insan qalıqları aşkarlanıb

Xocalı rayonunun Fərrux kəndində insan qalıqları aşkarlanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan qalıqları aşkar edilib.

Qalıqların 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələrinin Xocalıda törətdiyi soyqırımından qaçmaq istəyərkən qətlə yetirilmiş şəxs və ya şəxslərə aid olduğu ehtimal edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol