«JYSK» uşaq mebeli şirkəti Rusiyadan tamamilə gedir. Reteylerin press-relizində deyildiyi kimi, martın 31-də şirkətin mağazaları Rusiyada satış aparmaq üçün müvəqqəti açılıb. Malların reallaşdırılmasından sonra ticarət nöqtələri həmişəlik bağlanacaq.
Xəbərdə dəqiqləşdirildiyi kimi, mağazaların müvəqqəti bağlanışından 4 həftə sonra aydın olub ki, şirkət Rusiyanı tamamilə tərk edəcək.
Şirkətin başıçı Yan Beq qeyd edib ki, hazırkı situasiyada rəhbərlik və mülkiyyətçilər digər alternativ görmürlər.
Press-relizdə həm də qeyd olunur ki, mağazaların əməkdaşları əmək haqqını yerli qaydalara uyğun olaraq alacaqlar.
AzPolitika.info


Şərhlər