Menu

İnstitut direktoru vətəndaşları sınıqçıya getməməyə çağırıb

01.04.2022, 15:18
İnstitut direktoru vətəndaşları sınıqçıya getməməyə çağırıb

“Sınıqçıların yanından fəsadlaşma ilə bizə müraciət edənlərin sayı az deyil".

“Report” xəbər verir ki, bunu Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutun direktoru Elviz Qasımov deyib.

Direktorun sözlərinə görə, möhkəm dartma və ya sərt masajlar nəticəsində travma daha da şiddətlənir: “Müasir dövrdə sınıqçıya getmək düzgün deyil. Mütəxəssis varsa, sınıqçıya getmək yolverilməzdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol