Menu

Putin Təhlükəsizlik Şurasını toplayıb - Daxili təhlükəsizliklə bağlı əlavə tədbirlərə baxılır

01.04.2022, 16:52
Putin Təhlükəsizlik Şurasını toplayıb - Daxili təhlükəsizliklə bağlı əlavə tədbirlərə baxılır

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə Təhlükəsizlik Şurasının müşavirəsi keçirilir.

“Report” xəbər verir ki, toplantıda şuranın daimi üzvləri iştirak edir.

Müşavirədə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi müzakirə olunur.

“Bu gün gündəlikdə daxili təhlükəsizlik sahəsində təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün əlavə tədbirlərlə bağlı məsələni müzakirə edəcəyik”, - V.Putin deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol