Menu

Ukraynanın Zaporojye vilayətində əsirlərin mübadiləsi olub

01.04.2022, 20:00
Ukraynanın Zaporojye vilayətində əsirlərin mübadiləsi olub

Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində əsirlərin mübadiləsi aparılıb.

“Report” UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko bildirib.

Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.

Əsirlərin dəyişdirilməsinin təfərrüatları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol