Dünyaca məşhur italiyalı mütəxəssis, “Milan”, “Yuventus”, “Roma”, “Real” kimi klublara, eləcə də İngiltərə millisinə rəhbərlik etmiş Fabio Kopello rusiyalı jurnalistlərlə ünsiyyətdən imtina edib. “AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, Kopello Rusiyanın “Matç TV” kanalının müraciətini cavabsız qoyub.
Rusiyalı jurnalistlərin Dünya Çempionatının püşkatmasıyla bağlı sualını 75 yaşlı mütəxəssis belə cavablandırıb: “Mən rusiyalı jurnalistlərə danışmıram”. KİV-lər italiyalı mütəxəssisin rusiyalılara qarşı bu münasibətinin Rusiyanın Ukraynaya qarşı işğalıyla bağlı olduğunu bildirirlər.
Qeyd edək ki, Kopello həm də 2012-2015-ci illərdə Rusiya yığmasının baş məşqçisi olub. Ancaq bu, onun haqqın tərəfində olmasına mane olmur.
“AzPolitika.info”


Şərhlər