Menu

Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

03.04.2022, 16:39
Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. “Report” xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, - o, tviterdə yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol