Menu

Almaniya və Fransa 75 rus diplomatını ölkədən çıxarır

04.04.2022, 23:09
Almaniya və Fransa 75 rus diplomatını ölkədən çıxarır

Fransa Rusiyanın bir qrup diplomatını ölkədən xaric edəcək. Bu barədə "France-Presse" Fransa XİN-dəki mənbəyə istinadən məlumat yayıb.

"Fransa fəaliyyətləri maraqlarımıza zidd olan çox sayda rus diplomatı ölkədən çıxaracaq", -mənbə bildirib.

Diplomatik mənbə bildirib ki, Fransa Rusiyanın 35 diplomatını xaric edəcək. Məqsəd Fransa və bütünlükdə Avropanın təhlükəsizliyini təim etməkdir.

***

Almaniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin 40 əməkdaşını persona non-qrata elan edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Berlində keçirdiyi brifinqdə bildirib.

"Onların işi bizim müdafiəmizi istəyənlər üçün təhlükədir. Biz buna dözməyəcəyik", - Burbok qeyd edib.

Burbok bildirib ki, Rusiya səfiri qərarla bağlı məlumatlandırılıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, 40 rus diplomatının Almaniyadan çıxarılması cavabsız qalmayacaq.

Şərhlər

t.ədalət 2022-04-05 09:20:35

Biz də özünü erməni kimi aparan Boçarnikovu respublikadan qovmalıyıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol