Menu

"Müharibə nəticəsində indiyədək 165 uşaq ölüb" - Ukrayna Baş Prokurorluğu

05.04.2022, 10:43
"Müharibə nəticəsində indiyədək 165 uşaq ölüb" - Ukrayna Baş Prokurorluğu

“Rusiyanın silahlı təcavüzü nəticəsində Ukraynada 165 uşaq ölüb, 266 uşaq isə yaralanıb”.

“Report” xəbər verir ki, bunu Ukraynanın Baş Prokurorluğu yayıb.

Qeyd olunub ki, bununla yanaşı 431-dən çox uşaq xəsarət alıb.

Həmçinin bildirilib ki, Rusiyanın bombardmanları nəticəsində 869 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 83 tamamilə dağılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol