Menu

CHP-dən Sarkisyana dəvət

04.11.2014, 09:13
CHP-dən Sarkisyana dəvət

Türkiyə müxalifəti qondarma "soyqırımına" qarşı tədbirlər keçirəcək

Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) 1915-ci il hadissələri – qondarma “soyqırımı”nın yüzüncü ildönümü ilə əlaqədar tədbirlər həyata keçirəcək. ANS PRESS-in məlumatına görə, tarixçilərdən ibarət heyətlə “soyqırımını” müzakirə etməyə hazırlaşan CHP bu tədbirə Ermənistan prezidenti Serj Sarkisyanı da dəvət edib.

CHP millət vəkili Mustafa Balbay, dünyada bu istiqamətdə erməniləri haqlı göstərən 40 000, türkləri isə haqlı göstərən 60 000 kitab olduğunu deyib.

Qarşıdakı 5 ay ərzində 3 tədbir keçirməyi planlaşdıran CHP aprel ayına təsadüf edən toplantıda tanınmış tarixçiləri toplayacaq.

Layihə barədə “CNN Türk” kanalına məlumat verən Mustafa Balbay Ermənistan prezidentinə də səslənib:

“Ermənistana sözümüz budur: Biz CHP olaraq fikrimiz budur demirik. Tarixçiləri çağıraq, bu mövzunu tarixçilər müzakirə etsin. Siz də izləyin, fikrinizi bildirin. Hətta Ermənistan prezidenti də gəlsin”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol