Menu

Əjdər Ola 8 il 6 ay həbs cəzası verilib

05.04.2022, 16:17
Əjdər Ola 8 il 6 ay həbs cəzası verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevə (Əjdər Ol) hökm oxunub və o, 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, prokuror Ə.Cəbiyevin 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.

O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.

Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.

Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Şərhlər

Cavanşir. 2022-04-06 08:34:19

Çox təəssüf edirəm! Həmişə şairləri sözlərindən qan iyi gəldiyi üçün çarmıxa çəkmişlər.Bu gün isə tamahı ucbatından şairi cəzalandırırlar.Məncə Əjdər Ol kimlərəsə ağzını uduzub.....

Vətəndaş 2022-04-05 23:23:33

Ömürlük həbs cəzası verilseydi daha yaxşı olardı !

Eli 2022-04-05 17:02:01

Allah Şairin qapısını açsın.Ancaq bu müddetde şair “Azerbaycan zehlemgetmişlerine (zehmetkeşlerine) gösterilen sosial müdafşe sahesindeki yeniliklere doğru ireli” adlı poema da yaza biler axı vaxtı çox olacaq.Ay Allah saxlamış şairsen otur şerinimyaz senşn Selim kimi akukalarla işbirliyinde ne işin var.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol