Menu

Azərbaycan səfirliyi Lvovda fəaliyyətini davam etdirir

06.04.2022, 11:09
Azərbaycan səfirliyi Lvovda fəaliyyətini davam etdirir

Azərbaycanın Ukraynadakı səfirliyi Lvovda fəaliyyətini davam etdirir.

Bu barədə “Report”a Azərbaycan XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, hazırda səfirlik vətəndaşlarımızın Ukraynadan təxliyəsi ilə məşğuldur.

Xatırladaq ki, Ukraynada vəziyyətin kəskinləşməsi və Kiyev şəhəri üçün təhlükənin artması fonunda mart ayının əvvəllərində azərbaycanlı diplomatlar bu şəhərdən Lvova köçürülüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol