Menu

"Əjdər Ol şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından 262 760 manat mənimsəyib" - İttiham aktı

06.04.2022, 11:51
"Əjdər Ol şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından 262 760 manat mənimsəyib" - İttiham aktı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) ittiham aktında onun əlil və şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından pul vəsaitləri əldə etdyi məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, cinayət materiallarında qeyd edilib ki, o, nazirliyin Aparat rəhbəri vəzifəsində çalışan zaman qeyrisi ilə və başqa şəxslərlə qabaqcadan əlbir olub.

Belə ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Gəncə və Mingəçevir şəhərlərində mənzillərin alınması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda dövlət vəsaitlərini, yəni ona etibar olunan dövlət əmlakını mənimsəmə yolu ilə talama məqsədilə, mənzillərin alqı-satqısı zamanı satan şəxslərlə tələb etdikləri satış dəyərindən artıq vəsaitin köçürülərək həmin hissənin onlara çatdırılmasına dair razılıq əldə edib icrasını təmin edib.

İttiham aktına görə, Ə.Cəbiyev ümumilikdə həmin mənzillərin satınalınması ilə bağlı nəzərdə tutulan məbləğdən 262 760 manatdan artıq dövlət büdcəsini mənimsəyib.

Qeyd edək ki, aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Cəbiyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər

Roma 2022-04-06 14:13:12

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) ittiham aktında onun əlil və şəhid ailələri üçün tikilən mənzillərin satınalınmasından pul vəsaitləri əldə etdyi məlum olub."..Bu da bizim şair, publisisit Əjdər Öl...Ol yox Öl...şəhidin, əlilin puluna malına göz dikənə nə deyim???...

Ramin 2022-04-06 13:26:09

Bütün kadr məsələləri, evlərin bölüşdürülməsi, tender əməliyyatları, yoxlamalardan yığılan pullar və s. hamısı bu şair cildinə girmiş " canavarın" kurasiyasında idi. Bu ona ildə on milyonlarla pul toplamaq imkanı verirdi. Görünür araşdırma səthi aparılıb...

Rahib 2022-04-06 13:15:44

Bu .... etdiyi əməllərə görə Əjdər Öl, Qaraçı, canacşvar, Allahın bəlası, krısa kimi ləqqəblər qazanmışdı. Əjdərin əməlləri dəqiq araşdırılsa dəhşətə gələrsiz. Səlimin də başını pozan bu idi.

Tahir 2022-04-06 13:11:15

262 min? Bu ki, gülünc məbləğdir. Bunu ən azı 50-yə vurun. Bu iş Əjdər ona görə tapşırılmışdı ki, o heç kimə güzəştə getmədən yolunu tapıb demək olar ki hamıdan pul alırdı. Əlilliyi olmayanlardan da mənzillərin bazar qiymətinin 50-70 faizi qədər pul istəyirdi sonda və alırdı da .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol