Hazırda Rusiya-Çin sərhədində yerüstü buraxılış məntəqələri yalnız yük istiqamətində işləməkdə davam edir.
Bu barədə xəbəri aprelin 5-də TASS agentliyi Xarbindəki (Çinin Şimal-Şərqi) Rusiya baş konsulluğuna istinadla yayıb.
«Rusiya-Çin sərhədində yerüstü buraxılış məntəqələrində sərnişin nəqliyyatının açılması məsələsi ilə bağlı... Biz, bu mövqedən çıxış edirik ki, bu günə olan vəziyyətə bütün sərhəd keçidləri yalnız yük istiqamətində işləyir» - xəbərdə deyilir.
Bəyanatda göstərildiyi kimi, sərnişin nəqliyyatının bərpası üçün əvvəllər qəbul olunmuş pandemiya əleyhinə məhdudiyyətlər həm Rusiyada, həm də Çində ləğv olunmalıdır.
Bazar ertəsi koronavirus infeksiyası ilə mübarizə üzrə qərargahda xəbər veriblər ki, Rusiya apreldən başlayaraq rusiyalıların quru sərhədlərdən Çinə getməsinə və Çindən xarici vətəndaşların Rusiyaya getməsinə qoyulmuş məhdudiyyəti aradan qaldırır.
AzPolitika.info


Şərhlər