Menu

Bakıda zəncirvari yol qəzası olub - Video

07.04.2022, 10:31
Bakıda zəncirvari yol qəzası olub - Video

Bakıda zəncirvari yol qəzası olub, üç avtomobil toqquşub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə Novxanı-Sumqayıt avtomobil yolunun Binəqədi rayonunun Novxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Volkswagen Passat”, “Prado” minik avtomobilləri və yük maşını toqquşub. Nəticədə hər üç nəqliyyat vasitəsinə ciddi zinan dəyib. Xoşbəxtlikdən ölən və xəsarət alan olmayıb.

Hadisə anı digər avtomobildə olan kamera vasitəsilə lentə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol