Menu

"Uşaqlar arasında koranavirus yox olmaqdadır" - Direktor

07.04.2022, 11:04
"Uşaqlar arasında koranavirus yox olmaqdadır" - Direktor

“Uşaqlar arasında koranavirus yox olmaqdadır”.

Bunu APA-ya açıqlamasında K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev deyib.

“Uşaqlar arasında koronavirusa yoluxma hallarında azalma müşahidə olunur. Təbii ki, koronavirusdan sonra ağırlaşma hallarını bundan sonra da görəcəyik. Tibb elmi koronavirusun bir çox ağırlaşmaları ilə qarşılaşacaq”, - o vurğulayıb.

Allahverdi Musayevin sözlərinə görə, Azərbaycanda son vaxtlar koranavirus xəstələrinin sayında, eyni zamanda, bu xəstəlikdən ölüm hallarında azalma müşahidə olunduğunu qeyd edib.

Direktor, koronavirus xəstələrində “MIS-C” xəstəliyinin görülməkdə olduğunu əlavə edib.

“Qadınlar hamiləliyin son dönəmində gizlin şəkildə koronavirus keçirir və uşaq doğulduqdan sonra uşağın orqanizmində patologiyalar çıxa bilir”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol