Menu

"On minlərlə ukraynalı deportasiya edilib" - Volodimir Zelenski

07.04.2022, 15:16
"On minlərlə ukraynalı deportasiya edilib" - Volodimir Zelenski

“İndiyədək on minlərlə ukraynalı Rusiyaya və ya müvəqqəti işğal edilmiş ərazilərə deportasiya edilib”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Yunanıstan parlamentindəki çıxışı zamanı deyib.

“Ukraynanın cənubundan insanlarımızın deportasiyasına başlanılıb. Onlar Mariupol və digər şəhərlərin sakinləridir. Deportasiya olunmuş vətəndaşlarımızı tapmalıyıq. Biz Mariupolda hələ də sağ qalan insanlarımızı xilas etməliyik. Rusiya əməllərinə görə cəzasız qalacağına əmindir. Biz buna son qoymalıyıq. Biz Rusiyanı məsuliyyətə cəlb etməliyik”, - dövlət başçısı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol