Menu

“Ermənistan və Azərbaycan arasında mühüm irəliləyiş əldə olunub” - Aİ-nin ali nümayəndəsi

07.04.2022, 15:53
“Ermənistan və Azərbaycan arasında mühüm irəliləyiş əldə olunub” - Aİ-nin ali nümayəndəsi

“Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell rəsmi tviter hesabında yazıb.

“Mövcud geosiyasi kontekstdə münaqişələrin diplomatik həll yollarını tapmaq həmişəkindən daha vacibdir”, - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol