Menu

Naxçıvanda mikroavtobus aşıb - Ölən və xəsarət alanlar var

08.04.2022, 11:23
Naxçıvanda mikroavtobus aşıb - Ölən və xəsarət alanlar var

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol-nəqliyyat hadisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Culfa rayonunun Ərəzin kəndi ərazisində rayon sakini R.Abdullayev idarə etdiyi “Hyundai” markalı mikroavtobusu aşırıb. Qəza nəticəsində sərnişin Nərgiz Qədimbəyli hadisə yerində ölüb, digər 6 sərnişini isə xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol