Menu

RUSİYA VAĞZALI RAKET ATƏŞİNƏ TUTDU - Ölənlərin sayı 50-yə çatıb + VİDEOLAR (Yenilənib)

08.04.2022, 18:36
RUSİYA VAĞZALI RAKET ATƏŞİNƏ TUTDU - Ölənlərin sayı 50-yə çatıb + VİDEOLAR (Yenilənib)

Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərindəki dəmir yolu stansiyasına endirilən raket zərbəsi zamanı ölənlərin sayı artıb.

APAFrance Press“ə istinadən xəbər verir ki, Donetsk vilayətinin rəhbəri deyib ki, ölənlərin sayı 50 nəfərə çatıb.Ölənlərdən 5-nin uşaq olduğu bildirilir.

***

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 35-ə yüksəlib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, onlardan 4-nün uşaq olduğu bildirilir.

Məlumata görə, Kramatorsk dəmiryolu vağzalına düşən raket “Toçka U”dur.

***

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində 30-dan çox sakin ölüb, 100-dən çox insan yaralanıb.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə “Ukrzaliznitsa” (“Ukrayna Dəmir Yolu”) Açıq Cəmiyyətinin İdarə Heyətinin rəhbəri Aleksandr Kamışin məlumat verib.

Raket sakinlər təxliyə olunan zaman düşüb.

Donetsk vilayəti hərbi administrasiyasının başçısı Pavel Kirilenko bildirib ki, vağzala “İsgəndər” atılıb: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”.

O, Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşşuk Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini təxliyə olunmağa çağırıb.

Şərhlər

qaraguruh 2022-04-09 02:04:43

inana bilmirəm ki bunu ruslar edir--yəqinəm ki bunlar rus adı ilə yadplanetlilərdir--aman aman bu dəhşətli bir faciədir--bunu insan edə bilməz -etməməlidir--hələ-hələ öz din-dil və kiçik qardaşına

Türk Turan 2022-04-08 17:30:35

Allah putlerə lənət eləsin.

Cəmşid Dərələyəzli 2022-04-08 13:17:20

Müharibələr özü ilə elə fəlakətlər gətirir ki, heç kim əvvəlcədən onun daha böyük fasadlarını görə bilmir. İndi bu məzərə o halda baş verir ki, onda at izi it izinə qarışır. Onda dinc əhalinin bu qırğınlarını heç kim üstlənmir. Hər kəs, işğqlçı da, müdafiəçi də. Amma fərq etməz. İstənilən bütün burcutmalarına baxmayaraq fakturalar işğalçıya kəsilir.

Tt 2022-04-08 13:08:48

Allah bunnarin belasini versin !!!!!!! bizdeki rusbashdarnan bir yerde !!! her qun dua edirem )))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol